Zelenski Kiyevi yeni generala HƏVALƏ ETDİ - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Zelenski Kiyevi yeni generala HƏVALƏ ETDİ

Dünya A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev şəhər hərbi administrasiyasına yeni rəhbər təyin edib. 

Ednews xəbər verir ki, Zelenski bununla bağlı fərman imzalayıb. 

Fərmana əsasən, bu vəzifəni general-polkovnik Sergey Popko icra edəcək. 

Zelenski S.Popkonun yüksək döyüş təcrübəsi sayəsində dövlət paytaxtının müdafiəsini və təhlükəsizliyini gücləndirməyə kömək edəcəyini bildirib. 

Popko 2016-2019-cu illərdə Ukrayna silahlı qüvvələrinin quru qoşunlarının komandanı olub. Qeyd edək ki, bu vəzifəni indiyə kimi Nikolay Jirnov icra edirdi. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...