Kanada sanksiya siyahısına Rusiyanın daha 35 vətəndaşını əlavə edib.
Ednews Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.
Sanksiya siyahısına “Qazprom”un və Rusiyanın energetika sektorunun daha 6 şirkətinin rəhbəri də daxildir.
Qeyd edək ki, daha əvvəl Kanada Rusiyanın 62 vətəndaşı və müdafiə sektoru ilə bağlı 1 təşkilata sanksiya tətbiq edib.