Xarici işlər naziri Mövlud Çavuşoğlu yapon jurnalistin səhvini düzəldib.
Ednews xəbər verir ki, türkiyənin yerli avtomobil markası olan TOGG-un yeni düşərgəsinin açılışından sonra jurnalistlərin suallarını cavablandıran Çavuşoğlu yapon jurnalistin "Türkey" ifadəsinə "Türkiyə" olaraq düzəliş edib.
Qeyd edək ki, bu gün Türkiyənin yerli avtomobili Togg'un kütləvi istehsal ediləcəyi Gemlik düşərgəsinin açılışı baş tutub. Açılışa ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan da qatılıb.