Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.
Ednews xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Prezident matəmin neçə günlük olması barədə xəbəri bildirməsə də "Yonhap" agantliyi Baş nazir Xan Dok Suya istinadən bildirib ki, matəm noyabrın 5-dək davam edəcək.
Qeyd edək ki, Seulun mərkəzindəki İtxevon küçəsində şənbə günü axşam saatlarında Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda 151 nəfər həlak olub, daha 82 nəfər yaralanıb.
İzdihamda təxminən 100 000 insanın toplaşdığını təxmin edilir.