Somalidə partlayışlarda ölənlərin sayı 121-ə çatıb - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Somalidə partlayışlarda ölənlərin sayı 121-ə çatıb

Dünya A- A A+

Somalinin paytaxtı Moqadişo şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 121-ə yüksəlib.

Ednews xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Əli Hacı Adan “Dalsan” radiosuna müsahibəsi zamanı deyib.

Xatırladaq ki, “Aş-Şabab” terror qruplaşmasının üzvləri olan kamikadzelər oktyabrın 29-u səhər saatlarında Somalinin paytaxtı Moqadişonun mərkəzində, Təhsil Nazirliyinin binası önündə 2 ədəd içi partlayıcı maddə ilə dolu olan maşın partladıb.

“Hadisədə xəsarət alanlardan 142 nəfəri hazırda xəstəxanalardadır. Onların arasında 4 nəfərin vəziyyəti kritikdir və yaxın saatlarda müalicə almaq üçün Türkiyəyə aparılacaqlar”, – nazir əlavə edib.

Həmçinin əlavə edilib ki, bu hadisə 2017-ci ildən indiyə qədər baş vermiş ən böyük terror hadisəsidir. Belə ki, 2017-ci ildə “Safari” otelin yaxınlığında baş vermiş 2 partlayış nəticəsində 587 nəfər həyatını itirmişdi.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...