Rusiya taxıl müqaviləsini bərpa edir.
Ednews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə “Taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb.
Məlumata görə, bu, BMT və Türkiyənin vasitəçiliyi sayəsində baş verib.
Lakin Putinin sözlərinə görə, Ukrayna verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxladığı üçün bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız verəcək.