Ermənistanla İordaniya arasında silah müqaviləsi qalmaqala səbəb oldu - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Ermənistanla İordaniya arasında silah müqaviləsi qalmaqala səbəb oldu

Dünya A- A A+

Ermənistan İordaniyanın "Jadara Equipment & Defence Systems Co" şirkəti silah sifarişinə dair müqaviləni ləğv edib.

Ednews APA-ya istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyi şirkətin sifarişi vaxtında yerinə yetirmədiyini bildirib.

Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın məsələ ilə bağlı müvafiq məktubu Maliyyə Nazirliyinin saytına yerləşdirilib.

Məktubda Ermənistan tərəfinin 2021-ci il avqustun 6-da "Jadara Equipment & Defence Systems Co" şirkəti ilə silah alınmasına dair müqavilə imzaladığı, sifarişin həmin il icra edilməli olduğu qeyd edilib.

Amma sazişin bu günə qədər icra olunmamasına görə, Nazirlik təktərəfli qaydada pozub. Bundan başqa, İordaniya şirkəti 57,5 min dollar dəyərində cərimə ödəməlidir.

Ermənistan tərəfinin müqavilə ilə İordaniyadan "Nashab" tank əleyhinə qumbaaratanlar sifariş verdiyi ehtimal olunur.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...