İranda məscid imamına qarşı sui-qəsd həyata keçirilib.
Ednews xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin Baş Polis İdarəsi məlumat yayıb.
Məlumata görə, silahlı şəxslər "Mövlayi Müttəqiyan" məscidinin imamı ruhani Səcad Şəhraki məscidin qarşısında güllələyib.
Bildirilib ki, hazırda xüsusi əməliyyat qrupu yaradılıb və cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması üçün işlər davam etdirilir.