Trabzon-İstanbul reysini həyata keçirən Türk Hava Yollarının (THY) təyyarəsində sərnişinin “Əlimdəki suyu sıxsam partlayacaq” zarafatı qorxulu anlara səbəb olub.
Ednews NTV-ə istinadən xəbər verir ki, sərnişinin sözlərindən sonra kabinə işçisi vəziyyəti bildirdikdən sonra təyyarənin pilotu İstanbul Hava Limanının İdarəetmə Qülləsindən eniş istəyib.
Eniş icazəsi alan təyyarə heç bir problem olmadan İstanbul hava limanına eniş edib.
Təyyarə eniş etdikdən sonra sərnişinin oturduğu ərazidə polis qrupları tərəfindən aparılan axtarışlarda çaxnaşma yaradan heç bir neqativ hal aşkar edilməyib.
Səhv anlaşıldığını bildirən sərnişin ifadəsi üçün polis bölməsinə aparılıb.