Bir neçə dəqiqə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan şəhərində, Proşyan küçəsindəki iqamətgahı önündə bir nəfər özünü yandırmağa cəhd edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı ermənilərə məxsus Telegram kanalı yayıb.
Mənbə yazır ki, naməlum şəxs özünə benzin tökərək yandırıb. Polis alovu söndürməyə və naməlum şəxsi xəstəxanaya çatdırmağa nail olub.
Sosial şəbəkədə təcili yardım maşınının özünü yandıran 30 yaşlı kişini xəstəxanaya apardığı haqda görüntülər yayılıb.
Mənbə yazır ki, o, özünü yandırmazdan əvvəl Paşinyana qarşı ittihamlar səsləndirib.
Təfərrüatlar dəqiqləşdirilir.