ABŞ-nin keçmiş prezidenti Corc Buş və Ukrayna Prezidenti Volodimir Zelenski arasında gələn həftə ilk dəfə onlayn formatda ictimai görüş baş tutacaq.
Ednews "Rbc.ua"ya istinadən xəbər verir ki, görüşün məqsədi Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulamaq olacaq.
Dialoqun Dallasda açıq ictimai tədbir zamanı reallaşacağı nəzərdə tutulur.