Rusiya prezidenti Vladimir Putin “Qəhrəman ana” fəxri adının verilməsi haqqında fərman imzalayıb.
Ednews Rusiya KİV-ə xəbər verir ki, sənədə əsasən, iki nəfərə - Medni Kadırova və Olqa Dextyarenkoya “Qəhrəman ana” fəxri adı verilib.
Bildirilib ki, Medni Kadırova Çeçenistan lideri Ramzan Kadırovun həyat yoldaşıdır.Olqa Dextyarenko isə Rusiyadakı Yamalo-Nenets Muxtar Dairəsinin sakinidir.
Onlar “Ailə institutunun möhkəmləndirilməsində və uşaqların tərbiyəsində böyük xidmətlərinə görə” bu ada layiq görülüblər.
Qeyd edək ki, "Qəhrəman ana" adı 10 və ya daha çox uşaq dünyaya gətirən və böyüdən qadınlar üçün ən yüksək fərqlənmə dərəcəsi hesab olunur. Çeçenistan lideri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırova 12 övlad anasıdır - 6 qız, 6 oğlan.