İran kəşfiyyatı Britaniya vətəndaşlarını öldürməyə və oğurlamağa cəhd edib.
Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, Britaniyanın təhlükəsizlik xidmətinin rəsmisi Ken Makkallumun sözlərinə görə, İranın kəşfiyyat orqanları Britaniyada təhdid hesab etdikləri şəxsləri hədəfə alıb. O, qeyd edib ki, İran bir dövlət olaraq terror aktlarının törədilməsinə meyl edir.
“İran kəşfiyyat orqanları Böyük Britaniyaya birbaşa təhlükə törədir. Ən kəskin halda, bu ölkənin casusları Britaniyada yaşayan və rejimin düşməni hesab etdikləri şəxsləri öldürmək və oğurlamaq kimi əməllər törətməyə cəhd edib. Yanvar ayından bəri ən azı belə potensial təhlükə görmüşük”. - deyə MakKallum bildirib.
İranda davam edən iğtişaşlara münasibət bildirən Makkallum deyib ki, etiraz dalğaları totalitar rejimin taleyini sual altına qoyur.
Yunis Abdullayev