Bu gün İspaniyanın Madrid şəhərində NATO Parlament Assambleyasının 68-ci illik toplantısı işə başlayır.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı NATO-nun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, sessiyalarda Ukraynaya dəstək, Rusiyanın başlatdığı müharibəyə münasibət, NATO-nun iyunda keçirilən toplantısında qəbul edilən qərarların icrası, NATO-nun çəkindirmə və müdafiə mövqeyinin gücləndirilməsi, kibertəhlükəsizlik məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, illik toplantı bu gündən başlayaraq 4 gün davam edəcək.
İclaslarda NATO-ya üzv 30 ölkə və 21 ölkədən 288 parlament və qurumlar bir araya gələcək.