Qətərdə keçirilən 2022-ci il dünya çempionatı maraqlı görüntülərlə yadda qalıb.
Ednews xəbər verir ki, turnir üçün ərazidə olan argentinalı jurnalist Dominik Metzger canlı yayım zamanı qarət edilib.
Fan Zonada oyunla bağlı son hadisələri ictimaiyyətə çatdıran Metzger sosial media hesabında yaşadıqlarını paylaşıb.
Belə ki, o, canlı yayımda olarkən onun pul kisəsi arxasındakı fanatlardan biri tərəfindən oğurlanıb. Oğurlanan əşyalar içərisində jurnalistin şəxsiyyət vəsiqəsi də olub.
Metzger, həmçinin, polisin bütün itirilmiş əşyaları tapacağına söz verdiyini də bildirib.
Qətər rəsmilərinin sözlərinə görə, stadionlarda üz tanıma texnologiyasına malik 15 min kamera var.
Qeyd edək ki, Qətər rəsmiləri jurnalistdən onu qarət edən şəxsə qarşı hansı cəza hökmünün oxunması ilə bağlı məlumat alıblar. Metzger isə heç bir cəza istəməyərək itirilmiş əşyalarının tapılmasını istəyib.
Nəzrin Beydiyeva