10 ildir ki, britaniyalı fotojurnalist Con Kantlin Suriyada İslam Dövləti yaraqlılarının girovluğundadır.
Ednews xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “BBC” media resursu məlumat yayıb.
Qeyd edilib ki, o, öldürülmə videosu yayılmayan yeganə girovdur.
Britaniyalı fotojurnalistin yoxa çıxması hər kəsi təəccübləndirib. Belə ki, onun taleyi hələ də sirr olaraq qalır. Hətta ailəsi Conun dəfn mərasimini belə keçirib.
Qeyd edək ki, fotojurnalist 2012-ci ildə Əfqanıstan və Himalay da daxil olmaqla ən ucqar yerlərdə işlədikdən sonra vətəndaş müharibəsini lentə almaq üçün Suriyaya gedib.
O, amerikalı jurnalist Ceyms Foli ilə birlikdə nəzarət-buraxılış məntəqəsində girov götürülüb. Həmin vaxt onun 42 yaşı olub.