Bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətini raket atəşinə tutub.
Ednews “Unian”a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin başçısı Valentin Rezniçenko bildirib.
O, qeyd edib ki, bir neçə nöqtəyə raketlər düşüb.
Dnepropetrovsk polisi 7 fərdi yaşayış evinin atəşə məruz qaldığını qeyd edib.
İlkin məlumatlara görə, 6 nəfər xəsarət alıb və onların arasında bir qadının vəziyyəti ağırdır.