Molla rejimi Dünya Kubokunda İranı təmsil edən futbolçuların ailə üzvlərini və qohumlarını təhdid edir.
Ednews CNN-ə istinadən xəbər verir ki, futbolçuların ailə üzvləri və yaxınları hökumət əleyhinə etirazlara qoşularsa, eyni zamanda futbol komandası təmsilçilərinin ölkə himnini oxumaqdan imtina etdiyi təqdirdə rejim tərəfindən həbs və işgəncə hədəfləri ilə üzləşəcək.
Dünya Çempionatının təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olan mənbə CNN-ə bildirib ki, İran futbolçularının qohumları rejimin göstərişlərinə əməl etməsələr, onlar zorakılıq və işgəncələrə məruz qalacaqlar.
Qeyd edək ki, noyabrın 21-də İran milli komandasının oyunçuları İngiltərə ilə oyunun açılışında öz himnini oxumaqdan imtina edib. Baymayaraq ki, insidentdən əvvəl İran futbolçularına göstərişlərə əməl edilməsi ilə bağlı təlimat verilib.
Lakin müəyyən təhdidlərdən sonra, ötən cümə günü komanda təmsilçiləri Uelslə oyundan əvvəl dövlət himini oxuyublar.
CNN-nin verdiyi digər məlumata görə, Qətərdə İran agenturasına xidmət edən zabitlər iranlı oyunçular və azarkeşlərin hərəkətlərini izləyir.
Yunis Abdullayev