Pakistanda partlayış baş verib, 21 nəfər xəsarət alıb, ölən olmayıb.
Ednews Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı hüquq-mühafizə orqanları yayıb.
Mənbə yazır ki, hədəf polis patrulu olub.
Hadisə Pakistanın cənub-qərbindəki Kvetta şəhərində baş verib. Polis məmurunun agentliyə verdiyi məlumata görə, yaralananlar arasında 15 polis əməkdaşı da var. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları peyvənd qrupunu qoruyub. Partlayışda kimin əli olduğu açıqlanmır.