Almaniya NATO ərazisinin mühafizəsinə 2025-ci ilə qədər 30 min hərbçi ayıracaq.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts NATO-nun baş katibi Yens Stoltenberqlə Berlində keçirilən birgə mətbuat konfransında deyib.
“Almaniya NATO ərazisinin mühafizəsi səylərinə töhfəsini artırmaq niyyətindədir və 2025-ci ildən alyansı yüksək döyüş hazırlığında olacaq 30 min hərbçi ilə təmin etməyi planlaşdırır” ", - deyə Şolts bildirib.
Şolts həmçinin qeyd edib ki, o, Stoltenberqlə xüsusilə Şimali Avropada kritik infrastrukturun qorunması məsələsini müzakirə edib:
"Şimal axınındakı təxribat göstərdi ki, biz enerji infrastrukturumuz üçün riskləri tamamilə yenidən qiymətləndirmək məcburiyyətindəyik”.