İranın Qorqan şəhərində iki deputatın ofisinə hücum olunub.
Ednews APA-ya istinaddən xəbər verir ki, bunu Qorqan şəhər deputatı Qulamrza Müntəziri deyib.
O bildirib ki, hücum edənlər ofisə bir neçə “Molotov kokteyli” atıblar, giriş bannerini yandırıblar.
Cinayət işi açılıb, araşdırma aparılır.