Rusiya Prezidenti Vladimir Putin təmirdən sonra yenidən istifadəyə verilən Krım körpüsündən avtomobillə keçib.
Ednews TASS-a istinadən xəbər verir ki, Putin sükan arxasında körpü ilə hərəkət edib və eyni zamanda, Baş nazirin müavini Marat Xusnullinin hesabatını dinləyib.
Xatırladaq ki, Krım körpüsündə oktyabrın 8-də partlayış baş vermişdi. Bundan sonra, körpü üzərindən hərəkət məhdudlaşdırılmışdı.