Kriştiano Ronaldonun sevgilisi Georgina Rodriguez Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeşlə oyun öncəsi baş məşqçi Fernando Santosu hücumçunu ehtiyatda saxlamaq qərarına görə tənqid edib.
Ednews xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
“Dostunuz və məşqçiniz bu gün səhv qərar verdi. Onun haqqında heyranlıqla danışırdın. Dünyanın ən yaxşı oyunçusunu, komandanın ən güclü silahını qiymətləndirmədi. Həyat bizə dərs verir. Bu gün uduzmadıq, öyrəndik”, deyə o, qeyd edib.