Yeni Zelandiyada siqaret qadağası haqqında yeni qanun qüvvəyə minib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, ölkə hakimiyyəti dünyada ilk olaraq gələcək nəsil üçün siqaret çəkməyi qadağan edən qanun qəbul edib.
Dövlət qurumu açıqlamasında bunları bildirib:
“Minlərlə insan daha uzun yaşayacaq, sağlamlaşacaq və səhiyyə sistemi 5 milyard dollar yaxşılaşacaq, çünki siqaretin səbəb olduğu xəstəlikləri, məsələn: çoxsaylı xərçəng növləri, infarkt, insult, amputasiyaları müalicə etmək məcburiyyətində qalmayacaq”.
Məlumata görə, ölkədə 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulanlara tütün satılmayacaq.
Oğuz Ayvaz