İran ordusunun rəsmi saytı “Anonymous” haker qrupu tərəfindən dağıdılıb.
Ednews xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin "Əxlaq" polisi tərəfindən öldürülməsi səbəbilə artıq 4 aydır ki etiraz aksiyaları keçirilir. Aksiyalar çərçivəsində 500-dən çox insan hökumət qüvvələri tərəfindən öldürülüb, 25 mindən çox insan həbs olunub.