Türkiyə F-35 qırıcılarının tədarükünə dair layihədən qanunsuz şəkildə kənarlaşdırılıb.
Ednews-un verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.
"Məsələnin maddi tərəfi var. Buna dair işlər və görüşlər davam edir. Yaxın günlərdə ABŞ-da toplantı keçiriləcək, həmin iclasda texniki komitəmiz bu məsələni ətraflı müzakirə edəcək", - deyə o bildirib.