“Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Litvanın Kiyevə verdiyi silah və hərbi texnikanın tədarükü ilə bağlı yardım 2023-cü ildə maliyyə baxımından 300 milyon avronu keçəcək”.
Ednews “TASS”a istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas ELTA agentliyinə müsahibəsində bildirib.
“2023-cü ildə Ukraynaya 40 milyon avro məbləğində hərbi yardım planlaşdırılıb. Münaqişə başlayandan bəri biz Ukraynaya 283 milyon avro məbləğində hərbi yardım göstərmişik. Beləliklə, ümumilikdə yardım 300 milyon avronu keçəcək”, - deyə o bildirib.
Nazir tədarüklərin mənşəyi barədə açılama verməyib: “Bunun təfərrüatını açıqlamaq hələ tezdir, lakin bunlar daha əvvəl etdiyimiz tədarükün təxminən eynisi olacaq”.