ABŞ-ı bürüyən qar fırtınası və soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.
Ednews NBC-yə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Kolorado, İllinoys, Kanzas, Kentukki, Miçiqan, Missuri, Nebraska, Ohayo, Oklahoma, Tennessi, Viskonsin və Nyu-York ştatlarında insan ölümü qeydə alınıb. Təkcə Nyu-Yorkda 27, Buffaloda 18 nəfər ölüb.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden Nyu-York ştatında qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.