Rusiya Litvanın Moskvadakı səfirliyində çalışan diplomatı “istənilməyən şəxs” elan edib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, buna səbəb Litvanın dekabrın 1-də Rusiya diplomatını “istənilməyən şəxs” siyahısına əlavə etməsidir. Həmin qərara uyğun olaraq Litvanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Yurqita Cibulskienen nazirliyə çağırılıb.
Bəyanatda səfirə etiraz notası verilib. Buna cavab olaraq Litva səfirliyindəki diplomatlardan biri “qara siyahı”ya daxil edilib. Həmin diplomat 5 gün ərzində Rusiya Federasiyasını tərk etməlidir.