Dekabrın 29-na keçən gecə Odessada İmperatriçə II Yekaterina və rus komandiri Aleksandr Suvorovun abidəsi sökülüb.
Ednews vesti.ru-ya istinadən xəbər verir ki, abidələrin sökülməsi və köçürülməsi ilə bağlı Odessa Şəhər Şurasının deputatları noyabrın sonunda səsvermə keçiriblər.
Şəhər hakimiyyətinin məlumatına görə, sakinlər abidələrin götürülməsinə səs veriblər.
Bildirilib ki, abidələr Odessa Milli İncəsənət Muzeyinə köçürüləcək.