Yanvar ayında Türkiyə, Rusiya və Suriya XİN başçılarının üçtərəfli görüşü keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yayıb.
Onun sözlərinə görə, görüş bu ayın ikinci yarısında olacaq.
Xatırladaq ki, dekabrda Moskvada üç ölkənin müdafiə nazirlərinin üçlü müzakirələri baş tutub.
Sonradan KİV-də Ankaranın bütün qoşunlarını Suriyadan çıxarmağa razılıq verdıyi xəbəri yayılmışdı.