Çində ilk dəfə yarış atı klonlaşdırılıb.
Ednews xəbər verir ki, klonlaşdırma təcrübəsi Sino Gene-də aparılıb. Belə ki, bu işə 2021-ci ildə başlanılıb. “Zhuang Zhuang” (Çin dilindən tərcümədə "Sağlam" kimi tərcümə olunur) adlı klonlaşdırılmış poni 16 iyun 2022-ci ildə anadan olub.
Alimlər poni üçün somatik hüceyrələri 2007-ci ildə Almaniyadan Çinə gələn Ursus adlı atın dəri nümunəsindən götürüblər.
Qeyd edək ki, artıq 7 aylıq olan “Zhuang Zhuang”ın 2028-ci il Olimpiadasında iştirak etmək ehtimalı var.
Klonlaşdırılmış poninin görüntülərini təqdim edirik: