“2026-ci ildə İran əhalisinin artım tempi sıfıra bərabər olacaq”.
Ednews “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bunu sosioloq Saleh Qasemi İranın dövlət televiziyasında deyib.
Onun sözlərinə görə, sosioloji proseslərlə bağlı həyəcanverici vəziyyət hələ də ciddi qəbul edilməyib:
“Bu gün əhalinin artım tempi 0,7%-dən də aşağıdır və sıfıra doğru gedir. 2026-27-ci illərdə əhalinin artım tempinin sıfıra bərabər olacağını təsəvvür etmək olar".
Oğuz Ayvaz