Ermənistan prezidenti Vaaqn Xaçaturyan ikinci ordu korpusunun komandiri Vaqram Qriqoryanı vəzifəsindən azad edib.
Ednews xəbər verir ki, müvafiq sərəncam prezidentin saytında yerləşdirilib.
Ermənistan İctimai Televiziyasının məlumatına görə, 2-ci korpus komandiri ilə yanaşı, onun müavinləri - polkovnik Miqran Maxsudyan (baş qərargah rəisi), polkovnik Şiraz Xaçatryan (maddi-texniki təminat üzrə müavini), polkovnik Artur Ohanyan (döyüş növbətçiliyi üzrə müavini) vəzifəsindən kənarlaşdırılıb.
Komandirin müavini, briqadanın qərargah rəisi, polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təminat briqadası komandirinin müavini, polkovnik-leytenant Qor Axekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan və mühəndis rotasının komandiri, kapitan Qorqyan da öz postlarını tərk edəcəklər.
Qeyd edək ki, bundan əvvəl “Sputnik Ermənistan” Ermənistan Silahlı Qüvvələrinin arxa idarəsinin yanğın təhlükəsizliyi xidmətinin rəisi, polkovnik Sarqis Mazmanyanın da vəzifəsindən getdiyi barədə məlumat yayıb.