Bu gün İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verilib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Azərbaycan” nəşri yayıb.
Sözügedən xətt ölkənin metropoliteninin "Kağıthane" stansiyası ilə İstanbul beynəlxalq hava limanı birləşdirir.
Açılış mərasimində çıxış edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir ay ərzində yeni metro xətti ilə səfərlərin pulsuz olacağını qeyd edib.