İranda əli silahlı polis yoldan keçən qadına hücum çəkərək ona zərbələr vurub.
Ednews “Azad” teleqram kanalına istinadən xəbər verir ki, Tehranın Şəriəti küçəsində metrostansiyanın çıxışında əli silahlı xüsusi təyinatlı polis zabiti heç bir səbəb olmadan yoldan keçən günahsız qadına hücum çəkərək, onu təpik və yumruqla vurmağa başlayıb.
Hadisəyə şahid olan İran vətəndaşı bu barədə mediaya açıqlamasında bildirib ki, həmin silahlı zabit heç bir səbəb olmadan yoldan keçənlərə hücum edib və o qadını qaçmadığı üçün təpik və yumruqla vuraraq qaçmasını tələb edib.
Oğuz Ayvaz