“Rusiya komandanlığı öz hərbçilərinin meyitlərini yandırır”.
Ednews "Unian"a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, işğalçıların cəsədlərinin identifikasiyası və qeydiyyatı aparılmadan kremasiya işləri aparılır:
"Rusiya komandanlığı şəxsi heyətin böyük itkilərini gizlədir və ölənlərin ailələrini müavinət və təzminatlardan məhrum etmək kimi ənənəvi Rusiya təcrübəsini tətbiq etməkdə davam edir”.