Peres qəzəbləndi, Ançelottidən izahat istədi - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Peres qəzəbləndi, Ançelottidən izahat istədi

Dünya A- A A+
"Real"ın prezidenti Florentino Peres İspaniya Superkubokunun finalında "Barselona"ya məğlubiyyətə görə (1:3) qəzəblənib. Oyunun nəticəsi Floretino Peresi uzun müddətdir görünməmiş şəkildə əsəbləşməsinə səbəb olub. Klub rəhbəri bu görüşdə komandanın fiziki cəhətdən zəif olduğunu və qığılcımsız oynadığını hesab edib. Peres ilk fürsətdə baş məşqçi Karlo Ançelottidən izahat tələb edib və dərhal cavab verməyə çağırıb. Prezident göstərmək istəyirdi ki, "Real" üçün ikinci dərəcəli kuboklar yoxdur və komanda iştirak etdiyi bütün turnirlərdə gücünü ortaya qoymağa çalışır. Qeyd edək ki, Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...