İsraildə terrordan sonra vətəndaşların silah alması asanlaşdırılacaq - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

İsraildə terrordan sonra vətəndaşların silah alması asanlaşdırılacaq

Dünya A- A A+
Yeni terror aktlarından sonra İsrail hökuməti vətəndaşların silah əldə etmələrini asanlaşdırmaqla ekstremizmlə mübarizə tədbirlərini gücləndirmək qərarına gəlib.
 
Bu barədə Ednews Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən xəbər verir.
 
Netanyahu vurğulayıb ki, İsrail Qüdsdəki terror hücumlarına sərt, sürətli və dəqiq cavab verəcək.
 
Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə keçirilən iclasının yekununda qəbul edilən qərara əsasən, qanuna tabe olan israillilər üçün silah gəzdirmək üçün icazələrin alınması proseduru sadələşdiriləcək.
 
Bundan əlavə, ordu və polis bölmələrinin gücləndirilməsi, saxlanılma praktikasının və qanunsuz saxlanılan silahların ələ keçirilməsi üçün məqsədyönlü əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...