Amerikalı yutuber Leo Reks (əsl adı Light Abdallah Algaz) 34 yaşında vəfat edib.
Ednews xəbər verir ki, Reksin cəsədi polis tərəfindən qarət edilmiş mənzilində tapılıb. Polisin məlumatına görə, bloger tamamilə çılpaq olub, bədənində qan izləri aşkar edilib.
Mənzildə narkotik maddə də tapılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.