Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində azı 440 nəfər xəsarət alıb.
Qeyd edək ki, Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.
Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.
Bundan əlavə, “Əl Ərəbiyyə” telekanalı yeraltı təkanların İraq və Livanın bəzi bölgələrində də hiss olunduğunu bildirib.
05:40
Türkiyədə Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.
Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.