Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.
Ednews xəbər verir ki, bu barədə səfirlik “Twitter” hesabında paylaşım edib.
“Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, - deyə mənbə yazıb.