Türkiyənin 4 güləşçisi zəlzələdə ölüb - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Türkiyənin 4 güləşçisi zəlzələdə ölüb

Dünya A- A A+
Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində həlak olub.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.
 
Bildirilib ki, Kahramanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılsa da, 4 nəfərin cansız bədəni tapılıb. Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir.
 
Daha 4 güləşçi ilə bağlı isə hələlik məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam etdirilir.
 
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 873 adam həlak olub, 62 937 nəfər yaralanıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...