Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən türkiyəli gənc zəlzələdə öldü - ednews.net

28 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən türkiyəli gənc zəlzələdə öldü

Dünya A- A A+
Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran gənc tərcüməçi Abdulkadir Özkan Kahramanmaraşda baş verən zəlzələdə həlak olub.
 
Ednews xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev sosial şəbəkə hesabında məlumat yayıb.
 
O bildirib ki, zəlzələ tərcüməçinin ailə üzvlərinin də (valideynləri və bacısı) həyatına son qoyub:
 
“Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq”.
 
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs xəsarət alıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...