Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı qardaş ölkədə zəlzələ nəticəsində zərərçəkmişlərə kömək üçün Bakıda yardım toplanması kampaniyası ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, diplomat bu barədə "twitter" hesabında məlumat verib.
“Azərbaycan xalqı yardım göndərərkən (1918-ci ildə Azərbaycana gələrək bolşevik işğalına qarşı müstəqillik yolunu açan) “Nuri Paşanı unutmadıq” mesajını göndərdi”.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 17 674 nəfər həlak olub. Yaralı sayı isə 72 879 nəfərə çatıb.