Türkiyənin superstarı Ajda Pekkan ölkəsində baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə yardım edib.
Ednews türk mətbuatına istinadən xəbər verir ki, sənətçi "Ahbap" dərnəyinə 1 milyon lirə ianə edib.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədəki zəlzələ nəticəsində 31 643 nəfər ölüb, 80 278 yaralanıb.