Türkiyədə baş verən güclü zəlzələ nəticəsində daha 4 voleybolçu dünyasını dəyişib.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.
"Rasus Kimya Hatay"ın qadınlardan ibarət komandasının oyunçularından Gözde Öztürk, Dilek Mucuk, Ahsen Baş və İrek Kurtoğlu vəfat ediblər.
Buna qədər isə zəlzələdən 20 voleybolçunun öldüyü açıqlanmışdı.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində 35 418 nəfər ölüb.