Türkiyədə baş verən dağıdıcı zəlzələ tarixi binalara da böyük xəsarət yetirib.
Ednews xəbər verir ki, Adıyamanda Nemrut dağının ətəyində yerləşən 2000 illik tarixi və tonlarla çəkisi olan əl sıxma sütunu zəlzələ nəticəsində tamamilə dağılıb.
Hündürlüyü 10 metr olan sütunun üzərində yunan dilində “Böyük padşah Antioxa və kraliça İsiaya onun oğlu, böyük padşah Mitridata (e.ə. 36-21) şahın bacısının əbədi xatirəsinə bu abidə ucaldılıb”, - deyə qeyd olunub.
Sözügedən görüntüləri təqdim edirik:
Aynurə İsmayılqızı