Türkiyənin birinci xanımı Əminə Ərdoğan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyəyə göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.
Ednews xəbər verir ki, bu barədə o, özünün Tvitter hesabında yazıb.
"Dərdiniz bizim dərdimizdir" deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Humanitar yardıma, xüsusilə axtarış-xilasetmə qruplarına, dəstəyə görə Azərbaycana və əziz dostum Mehriban Əliyevaya təşəkkürümü bildirirəm", - deyə o, qeyd edib.