Tacikistanda baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Ednews xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xilasedicilər Xoroq şəhərində bir qızın meyitini aşkarlayıb. Bununla da qar uçqununda ölənlərin sayı 18-ə yüksəlib.